dini radikalizm və ekstremizmlə mübarizə

BMT-də iştirakı planlaşdırılan Rusiya nümayəndə heyətinin 10 üzvünə viza verilməyib

BMT-də iştirakı planlaşdırılan Rusiya nümayəndə heyətinin 10 üzvünə viza verilməyib

Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak etməsi planlaşdırılan Rusiya nümayəndə heyətinin bəzi üzvlərinə viza verilməyib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədri Konstantin Kosaçev bildirib.

Onun sözlərinə görə, o, özü də daxil olmaqla Rusiya Federasiya Şurasının bir neçə üzvü BMT Baş Assambleyasının illik sessiyasında iştirak etmək üçün ABŞ-a viza ala bilməyiblər və bu səbəbdən 74-cü sessiyada iştirak edə bilməyəcəklər.

“Beynəlxalq birlik qarşısında götürdüyü öhdəlikləri pozaraq ABŞ tərəfi BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak etmək üçün bu gün Nyu-Yorka uçmağı planlaşdıran bir sıra rəsmi nümayəndə heyətinin üzvlərinə, o cümlədən onları müşayiət edəcək bir qrup şəxsə vaxtında viza verməyib. Bu, çirkin bir hərəkətdir və izahat üçün heç bir bəhanə yoxdur”, - deyə K. Kosaçev vurğulayıb.

O qeyd edib ki, Rusiya nümayəndə heyətinin 10 üzvü viza ala bilməyib.

K. Kosaçev deyib ki, viza üçün sənədlər ABŞ səfirliyindədir: “Rusiya nümayəndə heyəti, şübhəsiz ki, BMT Baş katibi ilə bu məsələni müzakirə edəcək”.

Oxunub: 651
Oxşar xəbərlər
SON XƏBƏRLƏR