Dünyada miqrantların sayı 2010-cu ildən bəri 51 milyon artaraq 272 milyon nəfər təşkil edib ki, onların da əksəriyyəti Avropada yaşayır.
APA xəbər verir ki, bu barədə “TASS” agentliyi BMT-yə istinadən yazıb.
BMT-nin İqtisadi və Sosial İşlər İdarəsinin məlumatına görə, miqrantlar 2000-ci ildəki 2,8% ilə müqayisədə hazırda dünya əhalisinin 3,5%-ni təşkil edir. Oların əksəriyyəti (82 milyon) Avropada yaşayır, Şimali Amerikada 59 milyon, Şimali Afrika və Qərbi Asiyada isə 29 milyon miqrant var.
Oxunub: 485