Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosuna yeni direktor seçilib.
APA xəbər verir ki, ÜST Avropa üzrə Regional Komitəsinin 69-cu sessiyasında aparılan səsverməyə əsasən, yeni direktor belçikalı Hans Klüqe olub.
Əvvəllər regional büronun səhiyyə və ictimai səhiyyə sistemləri şöbəsinə rəhbərlik edən Klüqe, son 10 ildə ÜST-nin Avropa Regional Bürosunun direktoru vəzifəsini icra edən Jujann Yakabı əvəz edəcək.
H.Klüqe 69-cu sessiyanın nümayəndələri qarşısında çıxışı zamanı bildirib ki, Avropa Regional Bürosu gələcəkdə “daha az bahalı iclaslar” keçirəcək və bununla da daha çox səmərəli effekt göstərəcək.
Qeyd edək ki, bu post uğrunda 6 ölkə səsvermədə iştirak edib. Belçika ilə yanaşı səsvermədə Avstriya, Bolqarıstan Türkiyə, Gürcüstan və Ermənistan da öz namizədini irəli sürüb.
Oxunub: 506