dini radikalizm və ekstremizmlə mübarizə

ABŞ Səudiyyə Ərəbistanına kriminalist ekspert qrupu göndərib

ABŞ Səudiyyə Ərəbistanına kriminalist ekspert qrupu göndərib

ABŞ Mərkəzi Komandanlığı neft obyektlərinə “hücumların qiymətləndirilməsində” yerli rəsmilərə köməklik göstərilməsi üçün Səudiyyə Ərəbistanına məhkəmə ekspertizası göndərib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu məlumat ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford tərəfindən təsdiqlənib.

Pentaqonun mətbuat xidməti tərəfindən yayılan bu məlumata görə, Danford Vaşinqtonun baş verənləri qiymətləndirməsi üçün Ər-Riyada vaxt verdiyini qeyd edib. Bununla belə, o bildirib ki, hər şey hücumun arxasında İranın və ya onunla əlaqədə olan qüvvələrin dayandığını göstərir. General əlavə edib ki, Pentaqon bütün mümkün cavab tədbirlərini araşdırır və hərbi müdaxilə iqtisadi, siyasi və diplomatik variantlardan biridir.

Danfordun sözlərinə görə, hücumdan bəri krallıqla kəşfiyyat mübadiləsi məsələsində hər hansı bir dəyişiklik olmayıb, Ər-Riyaddan əlavə kömək istənilməyib.

Oxunub: 522
Oxşar xəbərlər
SON XƏBƏRLƏR