dini radikalizm və ekstremizmlə mübarizə

Tunisin devrilmiş prezidenti xəstəxanaya yerləşdirilib

Tunisin devrilmiş prezidenti xəstəxanaya yerləşdirilib

Tunisin sabiq prezidenti Zeyn Al Abidin Ben Ali xəstəxanaya yerləşdirilib.

Unikal.org-un “Al-Jazeera” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə keçmiş prezidentin vəkili Mouni Ben Salha bildirib.

O, səhhətində problem yaranan 83 yaşlı Ben Alinin Ciddə şəhərində xəstəxanaya yerləşdirildiyini deyib.

Tunisin Baş naziri Yusif Cahed isə sabiq prezidentin ölkəyə qayıtmasına icazə veriləcəyini deyib.

"Əgər yayılan xəbərlər doğrudursa, onun ölkəyə qayıdışına icazə verə bilərəm. Bu, humanitar məsələdir. Əgər o, Tunisdə dəfn olunmaq istəsə, bunun üçün icazə veriləcək", - deyə Tunisin Baş naziri yerli telekanala bildirib.

Qeyd edək ki, 2011-ci ildə Tunisdə baş verən inqilabdan sonra Ben Ali ölkəsini tərk edərək Səudiyyə Ərəbistanında yaşayır.

Oxunub: 488
Oxşar xəbərlər
SON XƏBƏRLƏR