İspaniyada güclü yağışlar 4 nəfərin həyatına son qoyub.
APA-nın İspaniya mətbuatına istinadən verdiyi xəbərə görə, güclü yağışlar səbəbindən Əndəlüs, Almeriya və Kastiliya-La-Manç vilayətlərində ümumilikdə 4 nəfər həyatını itirib.
İspaniya Dövlət Meteorologiya Agentliyi bir neçə vilayətdə güclü yağış və külək səbəbi ilə xəbərdarlıq edib, bəzi yaşayış məntəqələrində ən yüksək – qırmızı təhlükə səviyyəsi elan olunub.
Güclü leysan yağışları yolların bağlanmasına, dəmir yolu nəqliyyatının fəaliyyətinin qismən məhdudlaşmasına səbəb olub.
Oxunub: 528