Sentyabrın 1-də Baham adalarını vuran Dorian qasırğası nəticəsində bu günədək ən az 50 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə çərşənbə axşamı “Reuters” məlumat yayıb.
Daha əvvəl 45 nəfərin öldüyü bildirilirdi. Çox sayda sakinin itkin düşdüyündən qurbanların sayının arta biləcəyi gözlənilir.
Ümumilikdə Baham adalarında 13 min bina dağılıb, geniş ərazilər su altında qalıb.
Oxunub: 470