Türkiyədə piyada körpüsünün bir hissəsi çöküb.
APA “CNN Türk”ə istinadən xəbər verir ki, insident Samsun şəhərinin Terme bölgəsində baş verib.
Bildirilir ki, Həmin vaxt körpünün üstündə adamların olduğu da deyilir. Nəticədə 2 nəfər xəsarət alıb. Həmçinin yaxınlıqda olan bir avtomobil yaranmış dərin çuxura düşüb.
İlkin məlumata görə, körpü torpaq sürüşməsi səbəbindən çöküb. Belə ki, bölgədə son günlər yağan yağışlar konstruksiyanın istinad divarını yuyub və insidentə yol açıb.
Oxunub: 563