Uqandanın qərbində yanacaq daşıyan avtomaşının partlaması nəticəsində azı 10 nəfər ölüb.
APA “TASS” agentliyinə istinadən xəbər verir ki, yük maşını Rubirizi dairəsi yaxınlığında avtobusla toqquşduqdan sonra aşıb.
Bildirilir ki, hadisə zamanı partlayış, daha sonra isə yanğın da baş verib. Ölənlərin sayının artacağı istisna edilmir. İnsident bir neçə ticarət məntəqələrinin yaxınlığında qeydə alınıb.
Hadisə nəticəsində təxminən 20 tikili də dağılıb, onlarla insane dağıntılar altında qalıb.
Oxunub: 521