Türkiyənin Düzce şəhərində baş vermiş torpaq sürüşməsi və sel nəticəsində Akçakoca rayonunda itkin düşənlərdən daha bir nəfərin cəsədi tapılıb.
Djb.az AZƏRTAC-a istinadən bildirir ki, itkin düşmüş digər beş nəfərin axtarışı davam edir.
Qeyd edək ki, iyulun 17-də və 18-də yağan güclü yağış səbəbindən Melen çayının daşması nəticəsində şəhərin Cumayeri, Gölyaka və Akçakoca rayonlarında sel və torpaq sürüşməsi baş verib. Təbii fəlakət nəticəsində 7 nəfər itkin düşüb, 227 nəfər xilas edilib. İtkin düşənlərdən iki nəfərin cəsədi artıq tapılıb.
Axtarışlar və ərazinin təmizlənməsi işləri davam edir.
Oxunub: 524