dini radikalizm və ekstremizmlə mübarizə

Britaniya kəşfiyyatı: Putindən icazəsiz edilə bilməz

Britaniya kəşfiyyatı: Putindən icazəsiz edilə bilməz

Britaniya kəşfiyyatı – Mİ-6 İranın bu ölkəyə məxsus “Stena İmpera” tankerini saxlaması məsələsində Rusiyanın əli olub-olmamasını araşdırır.

Axar.az xəbər verir ki, bu iddia ilə “Sunday Mirror” nəşri çıxış edib. Britaniya tərəfi tankerin saxta GPS məlumatlarına görə İran sularına daxil olmasından ehtiyat edir. Bunu isə İran kəşfiyyatı yalnız rus casus texnologiyalarının yardımı ilə edə bilər.

Belə ki, hadisə zamanı “Stena İmpero” tankerinin köməyinə yola düşən “Montrose” freqatı cəmi 10 dəqiqə gecikib, bu zaman Oman sularında olan tanker artıq İran sularına istiqamətləndirilib.

Məqalədə həmçinin İran və Rusiya kəşfiyyatının Suriyadakı sıx əməkdaşlığına diqqət çəkilib. Nəşrin iddiasına görə, Rusiya tankerin saxlanmasında yalnız Putinin icazəsi ilə iştirak edə bilər.

Oxunub: 572
Oxşar xəbərlər
SON XƏBƏRLƏR