ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton İngiltərəni batağlığa çəkir.
Axar.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Tvitter mikrobloqunda yazıb.
“Səhv etməyin! Əsrin müharibəsinin başladılması mövzusunda Trampı aldada bilməyən və B qrupunun çökməsindən narahat olan C.Bolton ingilisləri bataqlığa çəkməyə səy göstərir. Belə bir addımı yalnız ehtiyatlılıq və sağlam düşüncə önləyə bilər”, - deyə XİN rəhbəri bildirib.
Qeyd edək ki, XİN rəhbəri Boltonu, Səudiyyə vəlihədi şahzadə Məhəmməd bin Salmanı, İsrail Baş naziri Benyamin Netanyahunu və Əbu Dabi vəliəhdi Məhəmməd bin Zayidi "B qrupu" adlandırır.
Oxunub: 559