dini radikalizm və ekstremizmlə mübarizə

Poroşenkodan seçki açıqlaması: Onunla çalışmağa hazırıq

Poroşenkodan seçki açıqlaması: Onunla çalışmağa hazırıq

Svyatoslav Vakarçukun Səs (Qolos) Partiyası ilə əməkdaşlıq üçün danışıqlara hazırıq.

Axar.az xəbər verir ki, bunu bu gün Ukraynada keçirilən Ali Rada seçkilərinin ekzit-poll nəticələrinin elan olunmasından sonra keçmiş prezident, Avropa Həmrəyliyi Partiyasının sədri Pyotr Poroşenko deyib. O, Vakarçuku qələbə münasibəti ilə təbrik edib:

“Mən əminəm ki, bizim əməkdaşlıq üçün müzakirə apara biləcəyimiz partiyalardan biri “Səs” olacaq”.

Qeyd edək ki, bu gün keçirilən parlament seçkilərinin ekzit-poll nəticələri açıqlanıb. Bu nəticələrə görə, Zelenskinin Xalqın Xidmətçisi Partiyası 42,7-44,4%-lə liderlik edir. Həyat Uğrunda Müxalif Platforma 11,5-12,9% civarında səslə ikinci yerdədir. Digər yerləri Poloşenkonun Avropa Həmrəyliyi (8,5-8,9%), Timoşenkonun Batkivşina (7,6-8,5%) və Vakarçukun Səs (6-6,5%) partiyaları tutub.

Oxunub: 505
Oxşar xəbərlər
SON XƏBƏRLƏR