Rusiya digər dövlətlərin “kaprizləri”nə görə İranla əməkdaşlığı kəsmək niyyətində deyil.
Djb.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Rusiya XİN-in rəhbəri Sergey Lavrov İran və ABŞ ətrafında baş verən vəziyyəti şərh edərkən deyib.
“İran İslam Respublikası – bizim qonşumuzdur, bizim bir çox sahələrdə davam edən əlaqələrimiz var. Bu ölkə ilə qarşılıqlı faydalı əməkdaşlığı kiminsə “fobiya”sı və kaprizləri səbəbindən kəsmək tamamilə qeyri-leqaldır və belə bir niyyətimiz yoxdur”, - Lavrov belə deyib.
Qeyd edək ki, ABŞ rəsmiləri İranla əməkdaşlıq edən digər dövlətlərə qarşı sanksiya tətbiq edəcəyi ilə bağlı təhdidlər səsləndirib. Rusiyalı rəsminin münasibəti də belə bir nüansda verilmiş cavab kimi qiymətləndirilir.
Oxunub: 569