Türkiyənin Siirt vilayətinin Eruh rayonu ərazisində bölgədəki təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında silahlı qarşıdurma olub.
Djb.az "Anadolu"ya istinadən xəbər verir ki, insident nəticəsində 3 Türkiyə hərbi qulluqçusu ağır yaralanıb.
Yaralı hərbçilər Siirt vilayətindəki xəstəxanaya çatdırılıb. Ancaq həkimlərin müdaxiləsinə baxmayaraq, onlardan biri şəhid olub.
Hazırda təhlükəsizlik qüvvələri bölgədə əməliyyatlara başlayıb.
Oxunub: 498