Honkonq polisi bazar ertəsi günü parlament binasına hücumda iştirak edən 13 nəfəri saxlayıb.
APA xəbər verir ki, bu barədə “RTHK” telekanalı məlumat yayıb.
Bildirilir ki, saxlanılan şəxslər 14-36 yaşlarında olan kişilərdir. Onlar soyuq silah gəzdirməkdə, qanunsuz toplanmaqda, polisə hücumda, eləcə də hüquq-mühafizə orqanları əməkdaşlarının xidməti fəaliyyətinə əngəl törətməkdə günahlandırılırlar.
Qeyd edək ki, iyulun 1-də yüzlərlə etirazçı parlament binası qarşısında qanunsuz aksiya keçirib. Daha sonra onlardan bəziləri binaya soxularaq orada ciddi ziyan törədiblər. Polisin gözyaşardıcı qazla müdaxiləsindən sonra aqressiv etirazçılar binadan çıxarılıb.
Oxunub: 553