“Taliban” radikal qruplaşmasının silahlılarının Əfqanıstanın paytaxtı Kabilə hücumu nəticəsində 6 nəfər ölüb, 100-dən çox insan isə yaralanıb.
Djb.az “TASS” agentliyinə istinadən xəbər verir ki, belə bir məlumat Əfqanıstan DİN-in yaydığı açıqlamada deyilir.
Nazirliyin rəsmi nümayəndəsi Nüsrət Rəhiminin sözlərinə görə, terror aktının qurbanları iki polis əməkdaşı və dörd dinc sakindir. O bildirib ki, Kabilin mərkəzində baş vermiş insident nəticəsində yaralanan 100-dən çox vətəndaş paytaxt xəstəxanalarına yerləşdirilib.
Rəhimi, həmçinin qeyd edib ki, terrorçuların zərərsizləşdirilməsinə qarşı əməliyyatda 200-dən çox dinc sakin təcili olaraq partlayışın baş verdiyi bölgədən təxliyyə olunub.
Qeyd edək ki, Kabilin diplomatik məhəlləsində, 16 polis dairəsində minalanmış avtomobil partladılıb. Partlayışın ardından atşıma baş verib. Təhlükəsizlik qüvvələrinin əməliyyatları zamanı 5 ekstremist məhv edilib.
Oxunub: 616