Ukraynanın Dnepropetrovsk vilayətində baş vermiş partlayış nəticəsində altı uşaq xəsarət alıb.
Djb.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna DİN-in məlumatında deyilir.
Bildirilir ki, hadisə Dneprovsk rayonunun Paşena Balka kəndindəki uşaq meydançasında qeydə alınıb. Uşaqların 4-16 yaşları arasında olduğu açıqlanıb. Onlardan birinin vəziyyəti daha ağırdır.
Məlumata görə, insident uşaqların oynadığı naməlum predmetin partlaması nəticəsində meydana gəlib. Hadisə yerində təhqiqat qrupu araşdırma aparır.
Oxunub: 506