dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyədə silahlı insident olub: 2 ölü, 8 yaralı var

Türkiyədə silahlı insident olub: 2 ölü, 8 yaralı var
Türkiyənin Niğde əyalətinin Bayat kəndində silahlı insident olub.

Djb.az “CNN Türk”ə istinadən xəbər verir ki, hadisə iki qrup arasında baş verib.

İki qrupun davasında tərəflər odlu silahdan istifadə edib. Nəticədə 2 nəfər ölüb, daha 8 nəfər yaralanıb.

Hadisə yerinə polis və jandarm qüvvələri cəlb olunub, araşdırmalara başlanılıb. Yaralılar isə xəstəxanalara yerləşdirilib.

İnsidentin səbəbləri hələlik məlum deyil.

Oxunub: 543
Oxşar xəbərlər
SON XƏBƏRLƏR