dini radikalizm və ekstremizmlə mübarizə

Ərəb koalisiyası Yəmənin paytaxtına aviazərbələr endirib

Ərəb koalisiyası Yəmənin paytaxtına aviazərbələr endirib
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın hərbi təyyarələri Yəmənin paytaxtı Səna şəhərində husilərə məxsus mövqelərə zərbələr endirib.

Djb.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə "Al-Arabiya" telekanalı məlumat yayıb.

Məlumata görə, koalisiya qüvvələri, həmçinin Sənanın şimalında yerləşən əl-Dulaimi aviabazasındakı silah anbarlarını da hədəfə alıb.

İtkilər barədə hələlik bir məlumat verilməyib.

Oxunub: 496
Oxşar xəbərlər
SON XƏBƏRLƏR