dini radikalizm və ekstremizmlə mübarizə

Ərdoğan İstanbulu dünyanın paytaxtı edəcək - Soylu

Ərdoğan İstanbulu dünyanın paytaxtı edəcək - Soylu
Mən həyatımda belə bir seçki saxtakarlığının ustalıqla həyata keçirildiyini görməmişəm.

Djb.az-in Axar.az-a istinadən məlumatına gorə, bu sözləri Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu İstanbul böyükşəhər bələdiyyəsinə keçirilən seçkilərlə bağlı çıxışında deyib.


“Mən seçki məntəqəsinin rəhbəri, ilçə seçki təşkilatının üzvü olduğum dövrlərdə qayda pozuntuları ilə bağlı etirazımı ifadə etmişəm. Amma inanın, həyatımda belə bir saxtakarlığın şahidi olmamışam. Önümüzdə 23 iyun kimi böyük bir hədəf var. İstanbul dünyanın qlobal güc mərkəzi olmağa namizəddir. Cənab Rəcəb Tayyib Ərdoğan, onun yaxın iş yoldaşı Binəli Yıldırım və digər dostlar İstanbulu dünyanın paytaxtı elan etməyə hazırlaşır. Dünyanın paytaxtı olmaq iddiası biriləri üçün təhdiddir”, - deyə Soylu bildirib.

Oxunub: 477
Oxşar xəbərlər
SON XƏBƏRLƏR