dini radikalizm və ekstremizmlə mübarizə

“Keşikçidağ” məsələsi rəsmi səviyyədə müzakirə olunacaq

“Keşikçidağ” məsələsi rəsmi səviyyədə müzakirə olunacaq
Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Keşikçidağ” tarixi-mədəniyyət abidəsi ilə bağlı təxribat xarakterli bəyanatlar verilir. Sərhəd dövlət məsələsidir və bu məsələ dövlətlərarası danışıqlar çərçivəsində həll edilməlidir.

Djb.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bunu Xarici işlər nazirin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Gürcüstanla dövlət sərhədinin delimitasiyası ilə 1996-cı ildən məşğul olunur:

“Bu dövr ərzində daim danışıqlar aparılıb. Gürcüstanla sərhədin üçdə iki hissəsi delimitasiya edilib, üçdə bir hissəsində isə hələlik delimitasiya prosesi başa çatmayıb. Bu, böyük iş tələb edir. Danışıqlar davam etdirilir. Bu məsələlər ictimai müzakirə məsələləri deyil. Məsələ dövlətlərarası xarakter daşıyan ciddi məsələlərdir. Belə məsələlər kiminsə tarixi, yaxud dini fikir söyləməsindən asılı deyil. Məsələ ancaq hüquqi müstəvidə çözülə bilər”.

“Azərbaycan və Gürcüstan 100 ildən artıqdır ki, bu sərhədlər çərçivəsində yaşayırlar. Sovet vaxtında da, SSRİ dağılandan da sonra da bu sərhədlər çərçivəsində yaşamışıq. Təbii ki, bu sərhədlərin mövcudluğu barədə müvafiq hüquqi sənədlər var. Ona görə də mən bir daha bildirirəm ki, belə məsələlər hüquqi müstəvidə, danışıqlar yolu ilə həll ediləcək.

Bundan əlavə, tarixən Gürcüstan və Azərbaycan xalqları arasında qarşılıqlı dostluq, qonşuluq münasibətləri mövcuddur”, - deyə nazir müavini qeyd edib.

X.Xələfov qeyd edib ki, Azərbaycan və Gürcüstan dövlətlərini strateji partnyorluq münasibətləri birləşdirir:

“Hər iki dövlətin iştirakı ilə beynəlxalq əhəmiyyətli, strateji əhəmiyyət kəsb edən işlər görülüb. Biz bu gün də bu layihələrin üzərində işləyirik. Səslənən müxtəlif bəyanatlar hər iki dövlətin maraqlarına uyğun deyil. Hər iki xalqın marağına ziddir. Belə söhbətlər məsələnin həllinə xidmət edə bilməz.

Azərbaycan və Gürcüstan arasında olan dövlətlərarası münasibətlərin potensialı imkan verir ki, biz bu məsələni hüquqi müstəvidə həll edək. Azərbaycan və Gürcüstanın Xarici işlər nazir müavinləri səviyyəsində gələn həftə görüş keçiriləcək. Aparılan məsləhətləşmələr nəticəsində komissiyanın növbəti iclasının vaxtı müəyyən olunacaq”.

Oxunub: 570
Oxşar xəbərlər
SON XƏBƏRLƏR