Rusiya və İran arasında müəyyən kateqoriyadan olan vətəndaşlar üçün viza rejiminin sadələşdirilməsi barədə protokol imzalanıb.
Djb.az-in Axar.az-a istinadən məlumatına gorə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.
O bildirib ki, bu prosedur ilk növbədə sahibkarlara şamil olunacaq.
S.Lavrovun sözlərinə görə, sahibkarlar şirkətlərin dəvəti əsasında sadələşdirilmiş qaydada viza ala biləcək.