ABŞ dövlət katibi Mayk Pompeo Qrenlandiyaya səfərini təxirə salaraq Vaşinqtona qayıdıb.
Djb.az xəbər verir ki, ONA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
“Dövlət katibi Mayk Pompeoya Vaşinqtonda ehtiyac duyulduğundan o, bu gün üçün Qrenlandiyaya planlaşdırdığı səfəri təxirə salacaq”- deyə departamentin sözçüsü Mortqan Ortaqus bildirib.
Qeyd edək ki, mayın 8-i Londonda səfərdə olan ABŞ dövlət katibinin bu gün Qrenlandiyaya səfəri gözlənilirdi.