Qətər əmiri Təmim bin Həməd Al Sani Qəzza bölgəsinin fələstinli əhalisinə yardım məqsədilə 480 mln. dollar vəsaitin ayrılması barədə göstəriş verib.
Djb.azxəbər verir ki, bu barədə “Reuters” agentliyi Qətər XİN-ə istinadən məlumat yayıb.
Bildirilir ki, vəsaitin 300 mln. dollarlıq hissəsi səhiyyə və təhsilin inkişafı üçün qrant və kredit şəklində Fələstin administrasiyasına ödəniləcək. Qalan 180 mln. dollar isə bölgədə fəaliyyət göstərən humanitar yardım proqramına dəstək, eləcə də fələstinlilərin daimi elektrik enerjisi ilə təminatı işləri üçün nəzərdə tutulub.