Yerevanda Rusiya və Ermənistanın baş nazirləri Dmitri Medvedevlə Nikol Paşinyanın görüşü keçirilib.
Djb.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan sabah Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin (Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan və Ermənistan) Hökumətlərarası Şurasının iclasına qatılmaq üçün Yerevanda səfərdə olan rusiyalı həmkarı Dmitri Medvedyevi evində qarşılayıb.
Medvedev Paşinyana daha isti münasibət yaratmaq üçün dəvəti yüksək qiymətləndirdiyini bildirib:
“Qeyri-rəsmi ünsiyyət qurmaq həmişə baha başa gəlir, lakin bu bir-birini daha yaxşı tanımaq və müxtəlif sahələrdə müzakirələr aparmaq üçün yaxşı imkan yaradır”.
Öz növbəsində Nikol Paşinyan bəzi bədbin düşüncəli insanların əksinə, Moskva və Yerevanın ikitərəfli əlaqələrini daha da yüksəltmək üçün yaxşı zəmin olduğunu vurğulayıb.
“Son bir il ərzində Moskva ilə Yerevan arasında münasibətlər bəzi problemlər yaransa da, planlı şəkildə inkişaf edib”,- deyə Ermənistan lideri bildirib.