dini radikalizm və ekstremizmlə mübarizə

Göydələndən uçdu, ayağa qalxıb işə getdi

Göydələndən uçdu, ayağa qalxıb işə getdi
Çində qeyri-adi hadisə baş verib.

Teleqraf.com-un məlumatına görə, Çunçin şəhərində qız 26-cı mərtəbədən yıxılıb, sonra isə heç nə olmamış kimi ayağa qalxaraq işə gedib.

İnanılmaz hadisə müşahidə kameraları vasitəsilə qeydə alınıb.

Ancaq zədəsiz keçinmək mümkün olmayıb – qız bir neçə sınıq xəsarəti alıb və xəstəxanaya çatdırılıb.

Məlumata görə, valideynləri qızı evdə tək qoyaraq qapını bağlayıblar. Ehtimal olunur ki, qız oyanarkən qapını bağlı görüb, qeyri-adi üsulla aşağı düşmək qərarına gəlib. 26-cı mərtəbədən uçarkən o, şüşə tavanı da qırıb və onunla birlikdə motosikl dayanacağına düşüb.

Sonra ayağa qalxaraq getməyə başlayıb, lakin olayı müşahidə edənlər onu
xəstəxanaya çatdırıblar. Burada onun üzərində sınıqlar və digər xəsarətlər aşkarlanıb.

Oxunub: 501
Oxşar xəbərlər
SON XƏBƏRLƏR