dini radikalizm və ekstremizmlə mübarizə

AB Fələstini Qəzza bölgəsindəki gərginliyi dayandırmağa çağırıb

AB Fələstini Qəzza bölgəsindəki gərginliyi dayandırmağa çağırıb
Avropa Birliyi Fələstini Qəzza bölgəsindəki raket zərbələrini, zorakılığı və təxribatları dayandırmağa çağırıb.

Djb.az “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə AB-nin daxili siyasət xidmətinin yaydığı açıqlamada deyilir.

“Fələstin tərəfinin Qəzza bölgəsindən atdığı raket zərbələri, eləcə də yol verilən digər zorakılıqlar və təxribatlar dərhal dayandırılmalıdır. Avropa Birliyi bir daha İsrailin təhlükəsizliyi üçün onların əsas öhdəliklərini xatırladır”, - açıqlamada belə qeyd olunur.

AB, həmçinin bölgədə vəziyyətin sabitləşməsinə, öhdəliklərin qorunmasına, israilli və fələstinli dinc sakinlərin təhlükəsizliyinin qorunmasına dair çağırış edib.

Oxunub: 571
Oxşar xəbərlər
SON XƏBƏRLƏR