dini radikalizm və ekstremizmlə mübarizə

Venesuelalıları hakimiyyəti ələ keçirməyə hazırlaşmağa çağırırlar

Venesuelalıları hakimiyyəti ələ keçirməyə hazırlaşmağa çağırırlar
Venesuela müxalifətinin lideri Xuan Quaydo ölkə əhalisinə Venesuelada hakimiyyəti yenidən ələ almaq üçün əməliyyat keçirməyə hazır olmaqla bağlı çağırış edib.

Bununla bağlı TASS agentliyi məlumat yayıb.

“Azadlıq” əməliyyatına başlamağın vaxtıdır və hakimiyyətə maksimum təzyiq göstərmək lazımdır. Hər kəsin bizim mübarizəmizin bu mərhələsində rolu var”, - o bildirib.

Bundan əvvəl X.Quayda özünü ölkənin müvəqqəti prezidenti elan edərək bildirib ki, dövlət başçısı Nikolas Maduro final mərhələsinə gəlib çatıb və Venesuelada hakimiyyət dəyişikliyi olacaq.

Hazırda Quaydonu ABŞ, Kanada, eləcə də, Latın Amerikası ölkələri Venesuela prezidenti kimi tanıyıb. Rusiya isə Maduroya dəstək nümayiş etdirib.

Oxunub: 594
Oxşar xəbərlər
SON XƏBƏRLƏR