Noembryan polisi Ermənistanın ədliyyə naziri Artaq Zeynalyanın təhdid edilməsi ilə bağlı araşdırma aparır.
Djb.az erməni KİV-ə istinadən xəbər verir ki, martın 19-da jurnalistlərlə söhbəti zamanı Artak Zeynalyana bir sıra məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan sərhədini keçən Elvin İbrahimov barədə də sual verilib. Nazir daha sonra jurnalistlərə müsahibəsini özünün Feysbuk səhifəsində dərc edib. Şərhlər bölümündə 35 yaşlı Tavuş sakini Xoren A naziri qisasla hədələyib. Polis hazırda Zeynalyanı hədələyən şəxsi axtarır.
Erməni KİV nazirin hansı sözlərinin Xoran A.-ya xoş gəlmədiyinə və təhdidin səbəbinə aydınlıq gətirməyib.