“Ermənistan-Gürcüstan sərhədində demarkasiyanı həyata keçirməyin vaxtı çatıb".
Djb.az news.am-a istinadən xəbər verir ki, belə bəyanatla Ermənistanda səfərdə olan Gürcüstanın prezidenti Salome Zurabişvili çıxış edib.Yerevanda Ermənistanlı həmkarı Armen Sarkisyanla görüşən Zurabişvili bir neçə saat davam edən müzakirələrdən sonra mətbuat konfransında bu haqda danışıb. O bildirib ki,Xarici İşlər naziri işlədiyi vaxt əldə etdiyi razılığı həyata keçirmək niyyətindədir. S.Zurabişvili qeyd edib ki, müqavilənin baza normativləri artıq razılaşdırılıb.