Bakıdan Moskvaya gedən mikroavtobusun Rusiyanın Stavropol şəhərində qəzaya uğraması nəticəsində xəsarət alan 3 azərbaycanlıdan biri dünyasını dəyişib.
ATV.az xəbər verir ki, Stavropoldakı Azərbaycan diasporunun rəhbəri Fəxrəddin Yarıyevin Trendə verdiyi məlumata görə, hadisə nəticəsində ağır xəsarət alan Xəyal Şirinov müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Onun cənazəsi bu gün Azərbaycana göndəriləcək. Hadisə nəticəsində xəsarət alan digər iki nəfərin müalicəsi davam etdirilir. Xatırladaq ki, martın 6-da Bakıdan Moskvaya gedən mikroavtobus Rusiyanın Stavropol şəhərində qəzaya uğramışdı. Hadisə nəticəsində 5 nəfər dünyasını dəyişmiş, 3 nəfər xəsarət almışdı.
Oxunub: 616