Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda 4 nəfər A (H1N1) virusu ilə xəstəxanalara yerləşdirilib.
Onlardan 39 yaşlı Hümbətova Aynurə, digəri isə 5 yaşlı Əliyeva Zəhradır. Xəstələr qrip simptomları ilə rayon xəstəxanalarından olan “Aversi” klinikasına yerləşdirilib. Hazırda virusa yoluxmuş 4 nəfər xəstəxanın reanimasiyası şöbəsindədirlər. “Aversi” klinikasının “EMERGENCY” bölməsinin rəhbəri Xatuna Ebralidze ATV.az-ın yerli bürosuna verdiyi eksklüziv müsahibəsində soydaşımız Aynurə Hümbətovanın həyati təhlükəsinin olmadığını, Zəhra Əliyevanın isə durumunun kritik olduğunu dedi.
Onların "donuz qirpi"nə yoluxduğu labarator olaraq təsdiq olunub.
Xatırladaq ki, Gürcüstanda bu virusdan artıq 17 nəfər dünyasını dəyişib.