dini radikalizm və ekstremizmlə mübarizə

Misirdə pis hava şəraiti 5 nəfərin ölümünə səbəb olub

Misirdə pis hava şəraiti nəticəsində azı 5 nəfər həyatını itirib.

Djb.az TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü "El-Vatan" nəşri yazıb.

Məlumata görə, Qahirə və ölkənin bir neçə əyalətinə son vaxtların güclü külək, aşağı temperatur və qısamüddətli yağışlarla müşayiət olunan ən güclü qum fırtınası üz verib.

Təbii fəlakət nəticəsində şimalda yerləşən Port-Səiddə daş hasarın bir hissəsi uçub. Hadisə zamanı bir nəfər gənc oğlan həyatını itirib, daha iki kişi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölümlə nəticələnən başqa bir hadisə isə Qarbiyə əyalətində qeydə alınıb. Burada leysan yağışlar zamanı taksi sürücüsü yolda idarəetməni itirib və nəticədə 4 nəfər həlak olub.

Oxunub: 659
Oxşar xəbərlər
SON XƏBƏRLƏR