Yanvarın 17-də Gürcüstanda matəm günü elan olunub.
Baş nazir Mamuka Baxtadzenin imzaladığı sərəncama əsasən bu gün Gürcüstanda və xarici ölkələrdəki səfirliklərdə dövlət bayrağı endiriləcək.
Qeyd edək ki, dünən Tbilisidə yaşayış binasında partlayış olub. Hadisə nəticəsində dörd nəfər ölüb, altısı uşaq olmaqla səkkiz nəfər xəsarət alıb.
Partlayışa qaz sızmasının səbəb olduğu ehtimal edilir.