Gürcüstanın Xəstəliklərə nəzarət mərkəzinin rəhbəri Amiran Qamkrelidzenin bəyanatına görə, hazırda ölkədə 158 “donuz qripi”nə yoluxma halı qeydə alınıb.
“Gruziya Online” xəbər verir ki, A.Qamkrelidzenin sözlərinə görə, yaranmış vəziyyətlə əlaqədar Tbilisidə beş tibb müəssisəsi fövqəladə iş rejiminə keçib.
“Bizim araşdırmalara görə, ölkədə 162-yə qədər laboratoriyada təsdiqini tapmış qripə yoluxma halı aşkar edilib ki, onlardan da 158-i H1N1-dir. Digər dörd yoluxma halında bu H3N2 virusudur. B tipli virus da meydana gəlib ki, bu da nisbətən yüngül keçir. Ötən həftənin məlumatlarına görə, bizdə hər 100 min nəfərə 256 xəstə düşür. Əvvəlki həftə ilə müqayisədə 21 azalma müşahidə olunub.
Kəskin nəfəsalma infeksiyası ilə xəstəxanaya yerləşdirmə göstəricisi isə yüksək olaraq qalmaqda davam edir. Bu göstərici 41 faizdən 33 faizə düşüb, lakin bu da yüksək göstəricidir. Tbilisidə beş səhiyyə müəssisəsi gücləndirilmiş fövqəladə rejimə keçib”, - deyə A.Qamkrelidze fikrini tamamlayıb.
Oxunub: 734