Almaniyanın Maynts şəhərində terror aktı hazırlamaqda şübhəli bilinən suriyalı saxlanılıb. Onun daha əvvəl Rotterdamda (Niderland) tutulmuş 4 nəfərlə əlaqəli olduğu ehtimal edilir.
Djb.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Zeit" qəzeti yazıb.
Nəşr qeyd edir ki, polis 26 yaşlı suriyalını Mayntsdakı mənzildə yaxalayıb. Orada həmçinin axtarış aparılıb. Polis Niderlandın hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə hərəkət edib.
Saxlanılan şəxs bazar günü məhkəmə qarşısına çıxarılacaq. Bundan əlavə, ali məhkəmə onun Niderlanda ekstradisiyası məsələsinə baxacaq.
Daha əvvəl Rotterdamda terror aktı hazırlamaqda şübhəli bilinən 4 nəfər tutulub.