dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanlıların yaşadığı kənddə qarşıdurma baş verib - Gürcüstanda

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun İmir kəndindəki 59 saylı seçki məntəqəsində səslərin sayılmasından sonra qarşıdurma baş verib.

Djb.az-in report-a istinadən verdiyi xəbərə görə, müxalif Vahid Milli Hərəkat Partiyasının tərəfdarları seçki məntəqəsinin protokolunun hakim partiya nümayəndələri tərəfindən götürüldüyünü iddia edirlər.

Partiyanın üzvü, deputat Azər Süleymanov 59 saylı seçki məntəqəsində Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadzenin qalib gəldiyini deyib: "Hakim partiyanın nümayəndələri polis nəfərləri ilə birgə məntəqədən protokolu aparıblar. Sənəd qaytarılmayana qədər tərəfdarlarımız məntəqədən uzaqlaşmayacaq”.

Hazırda seçki məntəqəsi ətrafında Q.Vaşadzenin tərəfdarları toplanıb. Hadisə yerinə polis cəlb olunub. Müxalif partiya tərəfdarları və polis arasında mübahisə və qarşıdurma yaşanıb.

Oxunub: 588
Oxşar xəbərlər
SON XƏBƏRLƏR