Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefonla danışıb.
Djb.az “Anadolu”ya istinadən xəbər verir ki, söhbət zamanı Kerç boğazındakı olay üzündən Rusiya ilə Ukrayna arasında yaranan gərginlik müzakirə olunub.
Ərdoğan Trampa Rusiya və Ukrayna prezidentləri ilə telefon danışıqları barədə məlumat verib.
Prezidentlər Argentinada G-20 sammiti çərçivəsində ikitərəfli görüş barədə razılıq əldə ediblər.