İranın qərbində Kermanşah əyalətində baş verən zəlzələdə ölənlərin sayı 780-ə yüksəlib.
Djb.az "RİA Novosti"yə istinadən xəbər verir ki, İran prezidenti Həsən Ruhani əyalət hakimiyyətini təcili zərərçəkmişlərə kömək etməyə səsləyib.
O, həmçinin yardım üçün bütün lazımlı müəssisələri səfərbər etməyə çağırıb.
Qeyd edək ki, noyabrın 25-də İranda 6,4 bal gücündə zəlzələ baş verib.