2018-ci ildə PKK terror qruplaşmasının 340-dan çox terrorçusu Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olub.
Djb.az Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Nazir qeyd edib ki, terrorçulardan 146 nəfəri görülmüş izahat işləri nəticəsində silahı yerə qoyub.
Nazir xatırladıb ki, PKK terror təşkilatı 40 il bundan əvvəl yaradılıb. Təşkilat bu müddət ərzində Türkiyəyə qarşı bütün imkanlarından, həmçinin iqtisadi və siyasi böhranlardan istifadə edib.
"Terrorçular xarici qüvvələrin Türkiyəyə qarşı sui-qəsdlərindən istifadə ediblər. Türkiyə dünyanın ən əhəmiyyətli regionlarından birində yerləşir. Bütün dünyanın diqqəti bu regionda cəmləşib. Yalnız özünü qurban vermə və qoçaqlıq region və Türk xalqının qarşılaşdığı bütün təhlükələri ləğv etməyə kömək edəcək", - deyə Soylu bildirib.
Onun sözlərinə görə, Türkiyədə görülən tədbirlər nəticəsində bu il terrorçuların sayı cəmi 95 nəfər artıb. Bu, son 30 il ərzində ən az göstərici olub.