dini radikalizm və ekstremizmlə mübarizə

Bir-birindən ayrı düşmüş ailə üzvlərinin ikinci görüşü başladı

Bir-birindən ayrı düşmüş ailə üzvlərinin ikinci görüşü başladı
Koreyada müharibə nəticəsində ayrı düşmüş ailə üzvlərinin görüşünün ikinci mərhələsi başlayıb.

Modern.az “Xinhua” agentliyinə istinadən xəbər verir ki, Koreya Respublikasından bu görüş üçün 80 nəfər Şimali Koreyaya gedib.

Görüş üçün gedən şəxslərin ölkənin şimal-şərqindəki Sokçxo şəhərindən avtobuslarla Şimali Koreyaya üz tutduqları bildirilir.

Bu qrupda olan şəxslərin əksəriyyəti müharibənin bitməsindən (1953-cü ildən) öz yaxınlarını görməyiblər.

Bu şəxslərin əsasən 80 yaşlarında olduqları, bəziləri əlil arabalarında, bəziləri isə öz yaxınlarının müşayiəti ilə görüşə getdikləri qeyd edilir.


Qeyd edək ki, avqustun 20-də görüşün birinci mərhələsi baş tutub. Ümumiyyətlə, görüşdə hər iki tərəfdən 250 nəfər qeydə alınıb.

Xatırladaq ki, iki yerə bölünmüş yarımadada tərəflər bu cür görüşləri ilk dəfə 1985-ci ildə keçirib. Həmin dövrdə 21,7 min insana bir-birini görmək nəsib olub. Daha sonra bu görüşlər 2000-ci ildən başlayaraq müəyyən aralıqlarla 2015-ci ilə kimi davam edib. Tək Cənubi Koreyada bir-birindən ayrı düşmüş ailə üzvlərində 57 min insan var. Onlardan çoxu 1953-cü ildən bəri bir-birini görməyib.

Oxunub: 675
Oxşar xəbərlər
SON XƏBƏRLƏR