dini radikalizm və ekstremizmlə mübarizə

İsveçrədən Gülnarə Kərimovanın pullarını qaytarmamağı istədilər

İsveçrədən Gülnarə Kərimovanın pullarını qaytarmamağı istədilər
Özbəkistandan olan bir qrup ictimai fəal İsveçrə hökumətini keçmiş prezidentin öz qızına (Gülnarə Kərimovaya) göndərdiyi pul vəsaitlərini vətənə geri qaytarmamağa çağırıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Fergana News” məlumat yayıb.

İctimai fəallar həmin pulların korrupsiyaya qurşanmış məmurların əlinə keçəcəyindən ehtiyat edir. Ona görə məktubda İsveçrə hökumətindən həmin pulların avans şəklində deyil, dövlət islahatları istiqamətində əldə olunan nailiyyətlərin mükafatı kimi təqdim olunmasını xahiş ediblər.

Məktub müəlliflərinin sözlərinə görə, İsveçrə XİN-i yaxın zamanda Kərimovanın hesablarında olan aktivlərin repatriasiyası ilə bağlı prosedura başlamaq niyyətindədir.

Xatırladaq ki, 2012-ci ildə İsveçrə prokurorluğu Gülnarə Kərimovanın tabeliyində olan “Takilant” və “Swisdorn” ofşor şirkətlərinin aktivlərinin mənşəyi ilə bağlı istintaqa başlayıb.

Avropa ölkəsinin hökuməti onun 800 milyon franka yaxın aktivini dondurub, və çirkli pulların yuyulması ilə bağlı cinayət işi açıb.

Oxunub: 659
Oxşar xəbərlər
SON XƏBƏRLƏR