dini radikalizm və ekstremizmlə mübarizə

Avropa ölkələri İranla yeni müqavilə imzalamaq istəyir

Avropa ölkələri İranla yeni müqavilə imzalamaq istəyir


Avropa ölkələri nüvə proqramını məhdudlaşdırmasının qarşılığında İrana yeni müqavilə təklif edəcək.
DJB.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın 2015-ci ildə İran ilə imzalanan müqavilədən geri çəkilməsindən sonra Fransa,Almaniya, İngiltərə, eləcə də Çin və Rusiya İranla yeni müqavilə imzalamaq istəyir. Belə ki, nüvə proqramını məhdudlaşdırması müqabilində Tehrana maliyyə yardımı ayrılacaq.
Sözügedən ölkələrin rəsmi nümayəndələri gələn həftə Vyanada görüşəcək. Görüşdə ABŞ prezidenti Donald Trampın İran ilə nüvə müqaviləsindən geriçəkilməsindən sonra atılacaq addımlar müzakirə olunacaq. ABŞ-ın bu görüşdə iştirak etməyəcəyi bildirilib, Görüşə İranı təmsil edən nümayəndələrinin qatılıb-qatılmaması isə sual altındadır.
Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ olmadan da müqavilə şərtlərinin davam edəcəyini iddia edib.

Oxunub: 750
Oxşar xəbərlər
SON XƏBƏRLƏR