dini radikalizm və ekstremizmlə mübarizə

Qəbiristanlıqda yüzlərlə cəsəd yoxa çıxdı – SİRLİ OLAY

Qəbiristanlıqda yüzlərlə cəsəd yoxa çıxdı – SİRLİ OLAY


Polşanın Krakov şəhərində qədim qəbirstanlıqda arxeoloqlar tərəfindən aşkar edilmiş yüzlərlə insan skeleti gözlənilmədən yoxa çıxıb.


DJB.az bildirir ki, unikal hadisə Krakovda qədim Vavel qalası yaxınlığında baş verib. Əvvəl arxeoloqlar təxminən XIII əsrə aid olan kiçik qəbiristanlıq aşkar ediblər. Orada yüzlərlə insanın basdırılmış qalıqlarları olub. Alimlər tapıntı ilə necə rəftar etmələrini planlaşdıraraq, 2 həftə sonra hadisə yerinə gələndə, orada heç bir skelet görməyiblər.

Nə yerli hakimiyyət, nə də arxeoloqlar baş verənləri izah etməyi bacarmırlar. Arxeoloq Yan Yançikovskinin sözlərinə görə, orada həm də qəbiristanlıq ərazisindən dağıdılmış kilsəyə aparan yeraltı tunel olub.

İşə yerli polis cəlb olunub. Onların ehtimalına görə, qədim qəbiristanlığın yerində mehmanxana tikmək istəyən yerli inşaat firmalarından biri cəsədlərin qalıqlarlarını harasa aparıb.

Polşa qanunlarına əsasən, istənilən arxeoloji tapıntı yerində tədqiq edilməli, sonra isə Krakov Yaqellonskiy universitetinin antropologiya və biotibb tədqiqatları bölməsinə çatdırılmalıdır. Ancaq tələskən biznesmenlər düşünüblər ki, qalıqların öyrənilməsi onların mehmanxana tikintisindən daha az əhəmiyyətlidir. Beləliklə, ilkin versiyaya görə, onlar skeletləri tez bir zamanda aparıb haradasa basdırıblar.

Oxunub: 750
Oxşar xəbərlər
SON XƏBƏRLƏR