ABŞ Suriyanın şimali-qərb bölgəsinə edilən bütün yardımları dayandırır.
Bu haqda ABŞ-ın CBS telekanalı amerikalı səlahiyyətlilərə istinad edərək bildirib.
Xəbərə görə, yardımların kəsilməsi qərarı dövlət orqanlarının son bir neçə həftə ərzində apardığı araşdırmalardan sonunda qəbul edilib. Qeyd edilir ki, beləliklə, ABŞ-ın Suriyada əlaqəsini kəsəcəyi ilk bölgə müxalif qüvvələrin üstünlük təşkil etdiyi şimal-qərb bölgəsi olacaq. Bunun ABŞ-ın Suriyadan çəkilməsinin ilk addımı olacağı iddia edilir.
ABŞ prezidenti Donald Tramp daha əvvəl Dövlət Departamentinə təlimat verərək YGP/PKK terror təşkilatının nəzarətində olan Suriyanın şimali-şərqinə planlaşdırılan 200 milyon dollarlıq yardımı dayandırmışdı.
Oxunub: 679