Narkosiyasətin liberallığının tələb edilməsi dərin dağıdıcı proseslər nəticəsində yaranıb.
Axar.az xəbər verir ki, bunu “Rustavi 2” televiziyasında çıxışı zamanı Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.
“Bu gün Gürcüstanda xüsusən gənclər arasında işsizlik fəlakət həddindədir. Çoxsaylı sosial problemlər oliqarx İvanişvilinin qeyri-formal idarəçiliyi müddətində həll edilmir”, – deyə o bildirib.
Saakaşvili bir daha Gürcüstanda hakimiyyət dəyişikliyinin onun şəxsi səhvləri ucbatından baş verdiyini təkrarlayıb:
“Mən öz səhvlərimə görə, yenidən Gürcüstana qayıdıb, onları düzəltmək istəyirəm. Hakimiyyətim dönəmimdə Gürcüstan inkişaf edirdim, o vaxt böyük dövlət vəzifələrinin çoxunu gənclər tuturdu”.