dini radikalizm və ekstremizmlə mübarizə

Serji bitirən səbəb: ikiüzlülük, cinayətkar şəbəkə – De Vaal

Serji bitirən səbəb: ikiüzlülük, cinayətkar şəbəkə – De Vaal
Hər hansı bir postsovet məkanı ölkəsində, Rusiyanın müttəfiqində küçə nümayişləri nəticəsində lider devriləndə Vaşinqtondan Moskvaya qədər bütün analitiklər “Corc Soros” tələffüz edilməsindən daha tez geosiyasi nəticələr çıxarmağa başlayır. Ancaq hərdən də, son günlər Ermənistanda olduğu kimi, hökumətin devrilməsi ilə nəticələnən etirazlar - sadəcə hökumətin devrilməsi ilə nəticələnən etirazlardır.

Axar.az xəbər verir ki, bu sözləri “Karnegi Avropa” fondunun böyük elmi işçisi, Qarabağ konfliktinin araşdırmaçısı, “Qara Bağ” kitabının müəllifi Tomas de Vaal deyib.

“Sərkisyanın süqutu geosiyasətlə bağlı deyil. Bu isə hər şeydən çox postsovet rejimlərinin uzaqdan göründükləri qədər güclü olmadığının və köhnə rejimlərin xaricdən hər hansı bir təkan olmadan da sülh yolu ilə parçalana biləcəyinin sübutudur”, - De Vaal bildirib.

O bildirib ki, 1999-cu ildən bu yana ölkədə Respublika Partiyası hökmranlıq edib və iki nəfər - Sərkisyan və Köçəryan prezident postunu tutub. Apreldə Sərkisyanın ikinci və sonuncu müddəti başa çatdı və bu da hakim partiyanı çətin vəziyyətdə qoydu. 2014-cü ildə Sərkisyan baş nazir postuna iddia etməyəcəyini açıqlamışdı. Ancaq cari ayda öz ikiüzlülüyü və hakimiyyəti əbədi olaraq əlində saxlamaq arzusu və ya hakim elitanın istəyinə görə baş nazir oldu.

“23 aprel hadisələri yalnız bir nəfərlə bağlı deyil. Bu iki onillik ərzində formalaşan bizneslə siyasətin qarışdığı, bir çox cinayətkar şəxslərin və Qarabağ müharibəsi veteranlarının iqtisadiyyatın gəlirli sahələrini əllərinə aldıqları sistemin meyvəsidir”, - De Vaal qeyd edib.

Oxunub: 654
Oxşar xəbərlər
SON XƏBƏRLƏR