ABŞ-da bıçaqlı şəxs insanlara hücum edib.
"Report" xəbər verir ki, bu barədə "ABC15" telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə İndianapolis şəhərində baş verib. Şəhərin mərkəzinə velosipedlə gələn naməlum şəxs meqafonun uca səsi ilə ətrafdakıların narahatlığına səbəb olub. Ətrafdakılar ondan buna son qoymağı xahiş etdikdə həmin şəxs bıçaqla onlara hücum edib. Nəticədə 2 nəfər xəsarət alıb. Onların vəziyyəti kritikdir.
Hakimiyyət orqanlarının məlumatına görə, ətrafdakılara hücum edən şəxs özü də yaralanıb. O, xəstəxanaya yerləşdirilib.