dini radikalizm və ekstremizmlə mübarizə

Amerika və Rusiya arasında birbaşa hərbi toqquşma riski yarandı

Amerika və Rusiya arasında birbaşa hərbi toqquşma riski yarandı
Amerika və Rusiya arasında birbaşa hərbi toqquşma riski yarandı. Suriyada yenidən ABŞ qoşunları ilə Rusiya qüvvələri arasında birbaşa hərbi toqquşma riski yaranıb.

Djb.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Ceyms Mettis martın 27-də bəyan edib. General Mettisin bildirdiyinə görə birbaşa toqquşma riski ABŞ Hərbi Hava Qüvvələrinin fevralın əvvəllərində Deyr-əz-Zor əyalətində Rusiya muzdularının qaz emalı zavoduna hücumunun qarşısını alması insidentini xatırladıb.

“Rusiya elementləri Fərat çayından şərqdə təmas xətti boyu irəliləyərək əməliyyat keçirməyə hazırlaşıblar. Lakin onlar ABŞ hərbçilərinin mövqelərinə həddən artıq yaxınlaşıblar. ABŞ silahlı qüvvələrinin qərargah rəisləri Komitəsinin rəhbəri general Con Danfort bu vaxt təcili olaraq Rusiya silahlı qüvvələrinin Baş qərargah rəisi, general Valeri Gerasimovla telefon əlaqəsi yaradıb. Bundan sonra rusiyalılar geri çəkiliblər”-Ceyms Mettis bildirib.

ABŞ müdafiə naziri insidentin nə zaman baş verdiyini dəqiqləşdirməyib. Lakin martın 22-də Pentaqon general Danford və Gerasimov arasında telefon danışığı barədə məlumat yaymışdı. Məlumata əsasən tərəflər Suriyadakı vəziyyəti və digər məsələləri müzakirə ediblər.

“Frans press” agentliyi isə öz mənbələrinə istinadən bildirir ki, Rusiya muzdlu qüvvələri Deyr-əz-Zor rayonunda irəliləyərək ABŞ qoşunlarının mövqelərini “yoxlamaq” istəyiblər.

Xatırladaq ki, fevralın 8-də ABŞ Hərbi Hava Qüvvələri “Vagnerin ordusu” kimi tanınan Rusiya muzdlu qüvvələrini həmin rayonda darmadağın edib, yüzlərlə rusiyalı muzdlu öldürülüb.

Oxunub: 684
Oxşar xəbərlər
SON XƏBƏRLƏR